“İQNA”-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, Səudiyyə vəliəhdinin təşəbbüsü ilə baş tutan telefon danışığında bin Salman bölgədə təhlükəsizlik və sabitliyin qorunması üçün dialoq və diplomatik vasitələrə üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Fars körfəzi regionundakı müttəfiqlərindən gərginliyi artıracaq hər hansı addımdan çəkinməyi xahiş etmişdi.
Qətərə yaxın ingilisdilli bu xəbər saytı iddia edib ki, Riyad Donald Trampın İrana hücum qərarı ilə razılaşıb, lakin eyni zamanda Körfəz Əməkdaşlıq Şurasının digər ölkələrindən Tehran və ya onun müttəfiqlərinin reaksiyasına səbəb ola biləcək addımlardan çəkinməyi xahiş edib.
4341118