“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, İspaniya XİN rəhbəri bu günkü çıxışında bildirib: “Avropa İttifaqı bizim müharibəmiz olmayan və iştirakçısı olmadığımız birtərəfli müharibəyə qarşı çıxmağa borcludur.”
O əlavə edib ki, Yaxın Şərqdəki qarşıdurma hazırda enerji qiymətlərinin artmasını yaşayan avropalılara birbaşa təsir göstərir.
İspaniyanın xarici işlər naziri qeyd edib: “Avropa İttifaqının digər ölkələri də həm Ukraynada, həm də Yaxın Şərqdə müharibəni koordinasiyalı şəkildə pisləməlidirlər.”
İspaniya rəsmiləri bundan əvvəl də ABŞ-ın bölgədəki müharibə siyasətinə, xüsusilə Hörmüz boğazında hərbi müdaxiləsinə qarşı olduqlarını bəyan etmişdilər.
4341836