“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, CBS-in sorğusuna əsasən, amerikalılar eyni zamanda həm müharibənin tezliklə başa çatmasını, həm də əldə olunması vaxt və mürəkkəb proses tələb edən hədəflərin reallaşmasını istəyirlər.
Hesabatda vurğulanır ki, amerikalıların 92 faizi İran müharibəsinin mümkün qədər tez sona çatmasını tələb edir.
CBS News-un yeni sorğusu göstərir ki, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə nəticəsində benzinin bahalaşması amerikalıların iqtisadi narahatlıqlarını artırıb və əhalinin əksəriyyəti bu qarşıdurmanın yaxşı getmədiyini düşünür.
4342382