IQNA

BMT İnsan Haqları Şurasının İran əleyhinə qətnaməsi

14:40 - March 27, 2026
Xəbər sayı: 3500015
İQNA – BMT-nin İnsan Haqları Şurası son təcavüzkar müharibədə təcavüzkar və qurbanın mövqeyini nəzərə almadan, İranın bölgədə düşmən hədəflərinə verdiyi qanuni cavablara qarşı qətnamə qəbul edib.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, BMT İnsan Haqları Şurası son hərbi hücumların insan haqları nəticələrinə fokuslanan bu qətnamədə, bölgədəki böhranın köklərini görməzdən gələrək, İrandan ABŞ və İsrail rejiminin təcavüzkar koalisiyasının hədəflərinə qarşı hücumları dayandırmağı tələb edir.

Bu siyasi və qeyri‑konstruktiv qətnamədə həmçinin İrandan təzminat ödəməsi istənilir.

Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bundan əvvəl bölgə ölkələrinin ərazilərindən İrana hücum üçün istifadə olunması barədə demişdi: “Aylarla əvvəl lazımi xəbərdarlıqları etmişdik və bu ölkələrin ərazilərinin sui‑istifadə olunmamasını istəmişdik. Hamı belə bir şeyin baş verməyəcəyinə dair təminat vermişdi.”

O əlavə edib: “Beynəlxalq hüquqa əsasən heç kim öz ərazisindən başqa bir ölkəyə qarşı istifadə edilməsinə icazə verə bilməz. Bu müddət ərzində ABŞ-ın bölgədəki bazalarından və obyektlərindən İrana qarşı təcavüzü planlaşdırmaq üçün davamlı istifadə etdiyini gördük və bunu inkar etmək mümkün deyil. Biz həmişə ölkələrdən bunun qarşısını almağı xahiş etmişik və dəfələrlə vurğulamışıq ki, qonşu ölkələrlə heç bir düşmənçiliyimiz yoxdur. Biz əbədi olaraq qonşu olacağıq və münasibətlərimizin pozulmasını istəmirik.”

Baqai bildirib: “Eyni zamanda biz təcavüzə məruz qalmışıq və özümüzü bütün gücümüzlə müdafiə etmək bizim təbii haqqımızdır. Bu, bölgə ölkələrinin ərazi suverenliyinin pozulması kimi qiymətləndirilməməlidir. Sənədləşdirmə mütləq aparılacaq. Lakin beynəlxalq təşkilatların xoş niyyətinə çox ümid etmək olmaz. Bununla belə, bütün halları sənədləşdirmək bizim borcumuzdur.”

4342786   

captcha