IQNA

İraq Müqaviməti:

Ərəb ölkələri sionist rejimin ömrünün uzanmasının əsas səbəbkarlarıdır

14:58 - March 30, 2026
Xəbər sayı: 3500034
İQNA – İraqın Seyyidüş-Şühəda Briqadalarının baş katibi Fəxri Əbu‑Əla əl‑Vəlai Fars körfəzi ölkələri və İordaniyaya ünvanladığı mesajda bildirib ki, siz sionist rejimin uzun illərdir ayaqda qalmasının əsas amilisiniz.

“İQNA”-nın məlumatına görə, əl‑Vəlai Teleqramda paylaşdığı mesajında yazıb: “Sizin nalə və fəryadlarınız qulaqlarımıza xoş gəlir və İraq hökumətinə sığınmağınız bizi sevindirir.”

O əlavə edib: “Bu gün güclü və möhkəm dayanan İraq müqavimətidir və siz onun qarşısında aciz şəkildə diz çökürsünüz; necə ki, ABŞ və qəsbkar rejim qarşısında diz çökməyə adət etmisiniz.”

Seyyidüş‑Şühəda Briqadalarının baş katibi davam edib: “Siz ABŞ və sionist rejimin müharibələrinin xərcini öz sərvətlərinizdən ödəyirsiniz və onların hərbi bazalarının bütün yükünü çiyinlərinizdə daşıyırsınız.”

Əl‑Vəlai vurğulayıb: “Sizin davranışlarınız qəsbkar rejimin bu qədər il yaşamasına səbəb olub; əks halda, çoxdan məhv edilmiş və Fələstin torpaqlarını tərk etmişdi və bölgəyə bu qədər dağıntı da gətirilməzdi.”

Bu açıqlama o halda verilir ki, Küveyt, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və İordaniya çərşənbə günü (5 fərvərdin) birgə bəyanat yayaraq İraq hökumətindən müqavimət qruplarının fəaliyyətinin qarşısını almağı tələb etmişdilər.

4343089  

captcha