IQNA

İnqilab Rəhbərinin İraq mərcəiyyəti və xalqına təşəkkürü

15:45 - March 30, 2026
Xəbər sayı: 3500037
İQNA – Ali Rəhbər bir mesajında İraq mərcəiyyəti və xalqına İranın müdafiəsi və ona göstərdikləri dəstəkləri üçün təşəkkür edib.

“İQNA”-nın məlumatına görə, Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei, bir mesajında İraqın ali dini mərcəiyyəti və xalqına İranın təcavüzə məruz qalmasına qarşı göstərdikləri açıq və qəti mövqe, həmçinin İrana verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Son günlərdə Ayətullahül‑uzma Seyid Əli Sistaninin yayımladığı müraciətdə müsəlmanlardan İran və Livan xalqına yardım etmələri istənilmişdi.

Ayətullah Müctəba Xameneinin bu mesajı İraq İslam Ali Şurasının sədri Şeyx Hummam Həmudinin Bağdaddakı İran səfiri Məhəmməd Kazım Ali Sadiq ilə görüşü zamanı həmin iraqlı rəsmiyə təqdim edilib.

4343364

captcha