IQNA

Ümumdünya Səhiyyə Təşkilatının İranın “Pastör İnstitutu”na edilən hücuma reaksiyası

2:34 - April 06, 2026
Xəbər sayı: 3500089
İQNA – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ və İsrailin İranın tibbi və səhiyyə mərkəzlərinə, o cümlədən “Pastör İnstitutu”na hücumunu tənqid edib.

“İQNA”-nın məlumatına görə, Tedros Adhanom Qebreyesus bir neçə saat əvvəl X sosial şəbəkəsində paylaşdığı mesajda ABŞ‑İsrail təcavüzü nəticəsində İranın səhiyyə və müalicə mərkəzlərinə edilən hücumlarla bağlı hesabat yayıb və bu hücumlara dair görüntüləri də paylaşmışdır.

O yazıb: “Son günlərdə və Yaxın Şərqdə gərginliyin artması ilə eyni vaxtda, İranın paytaxtı Tehranda səhiyyə və müalicə mərkəzlərinə hücumlarla bağlı çoxsaylı məlumatlar daxil olub.”

BMT rəsmisi mesajının davamında bildirib ki, 1 martdan etibarən ÜST İranın səhiyyə sisteminə qarşı 20‑dən çox hücumu təsdiqləyib. Bu hücumlar nəticəsində ən azı 9 nəfər, o cümlədən bir infeksion xəstəliklər üzrə mütəxəssis və İran Qızıl Aypara Cəmiyyətinin bir üzvü həlak olub.

Qebreyesus əlavə edib ki, Tehrandan kənarda da hücumlar qeydə alınıb. Məsələn, 21 martda Xuzistan əyalətinin Əndimeşk şəhərində İmam Əli (ə) xəstəxanasının yaxınlığında baş verən partlayış xəstəxananın təxliyəsinə və xidmətlərin dayandırılmasına səbəb olub.

O, mesajının sonunda xəbərdarlıq edərək bildirib ki, İran və regiondakı qarşıdurma səhiyyə xidmətlərinin göstərilməsinə, tibb işçilərinin, xəstələrin və mülki şəxslərin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə edib: 

“Sülh ən yaxşı dərmandır.”

Pastör İnstitutuna dəyən ziyan

ABŞ və sionist rejimin vəhşi hücumları nəticəsində İranın Pastör İnstitutu ciddi ziyan görüb və artıq səhiyyə xidmətlərini davam etdirə bilmir.

Bu institut 1920-ci ildə yaradılıb və bir əsrdən artıq müddətdə müxtəlif tibbi araşdırmalar sahəsində fəaliyyət göstərib. O, xüsusilə fövqəladə vəziyyətlərdə ictimai sağlamlığın qorunması və yaxşılaşdırılmasında mühüm rol oynayıb. İnstitutun iki şöbəsi ÜST‑ün əməkdaşlıq mərkəzi kimi fəaliyyət göstərib.

Bundan əlavə, 29 martda “Dəlaram Sina” psixiatriya xəstəxanası hücum nəticəsində ciddi ziyan görüb və 31 martda xərçəng və MS dərmanları istehsal edən “Tofiq Daru” şirkətinin istehsal obyektləri də başqa bir hücumda zədələnib.

4344108 

captcha