“İQNA”-nın məlumatına əsasən, “CNN”-in ABŞ vətəndaşları arasında İranla quru müharibəsi barədə keçirdiyi sorğunun nəticələri belədir:
- 68 faiz – əleyhinə
- 11 faiz – lehinə
- 21 faiz – xüsusi mövqeyi yoxdur
Bu kontekstdə, “Russia Today” xəbər verib ki, 30 amerikalı general Donald Trampın əmri ilə planlaşdırılan İranla quru müharibəsinə qarşı çıxıb.
Bu 30 generalın İran əleyhinə quru əməliyyatına etirazı elə bir vaxtda baş verir ki, indiyədək ABŞ ordusunun 12 yüksək rütbəli rəsmisi, o cümlədən Birləşmiş Qərargah Rəisi, İranla əməliyyata qarşı çıxdıqları üçün vəzifədən uzaqlaşdırılıblar.
Həmçinin qeyd olunur ki, bu generalların etirazı o şəraitdə baş verir ki, İsrail rejimi bu quru əməliyyatında iştirak üçün bir nəfər belə əsgər göndərmir, lakin amerikalıların onlar üçün can verməsini gözləyir.
Hazırkı ABŞ müdafiə naziri Pit Hegsett isə İranla müharibə planlarına qarşı çıxan təcrübəli generalların çoxunu vəzifədən uzaqlaşdırmaqla onların etiraz səsini susdurmağa çalışır.
4344533