“İQNA”-nın “Şafaqna”-ya istinadən verdiyi məlumata görə, sual və cavabın mətni belədir:
Sual: Mən bu il (2026) Həcc təməttö səfərinə çıxmaq istəyirəm. Müharibə şəraiti və yolun çətinliyi nəzərə alınaraq quru yolla getmək vacibdirmi? Yoxsa gözləyib daha münasib şəraitdə getmək olar?
Cavab:
Bismihi Təala
Əgər bir şəxs Həccə quru yolla getmək səbəbilə qeyri‑adi zərərdən qorxursa və ya bu səbəbdən ona şiddətli narahatlıq və dözülməsi çətin olan bir sıxıntı (hərəc) yaranırsa, həmin şəxsdən bu il Həccə getmək vacibliyi götürülür.
4344851