“İQNA”-nın “Radioalgerie”-ə istinadən verdiyi xəbərə görə, bu tarixi Quran 2022-ci ildə Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun göstərişi ilə ölkənin milli hakimiyyətinin (müstəqilliyinin) 60-cı ildönümü münasibətilə yenidən nəşr edilib.
Bu mushəf onilliklər əvvəl Əlcəzairdə çap olunmuş və ölkədəki Quran məktəblərində və zaviyələrdə (ənənəvi Quran mədrəsələri) Quran tədrisinin üsullarını öyrənmək üçün mühüm mənbə sayılır.
Əlcəzairin Azadlıq İnqilabı dövründə fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan mücahidlər bu Qurani özləri ilə aparırdılar və zaman keçdikcə o, əlcəzairlilərin dini və milli kimliklərini qorumaqda mühüm rol oynayan ayrılmaz bir irsə çevrilib.
Bu Quran Afrika Səhil ölkələrində məşhurlaşdıqdan sonra “Əlcəzair Mushəfi” adı ilə tanınıb və Əlcəzairin Afrika ilə dərin tarixi və mənəvi bağlarını gücləndirmək məqsədilə həmin region xalqları arasında pulsuz paylanıb.
Həmçinin Əlcəzairin Qurana xidmət, İslam dəyərlərini yaymaq və möhkəmləndirmək istiqamətindəki səyləri çərçivəsində bu mushəf İslam dünyasının müxtəlif bölgələrində də paylanır.
Dini dəyərlərlə və milli kimliklə əlaqəni gücləndirmək məqsədilə Rodosı Mushəfi, Xarici İşlər Nazirliyi ilə koordinasiya şəklində, xaricdə yaşayan əlcəzairli icmalar arasında da paylanıb.
Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi isə bu mushəfin görmə məhdudiyyətli şəxslərə pulsuz paylanmasını öz üzərinə götürüb və 2023-cü ildə mushəf həm adi xəttlə, həm də Brayl əlifbası ilə yazılmış unikal bir nəşr şəklində çap olunub.
Brayl nəşrinə Əlcəzair Quranının Yenidən Baxılması və Təftişi Komitəsi ilə koordinasiya edən ixtisaslaşmış komitə nəzarət edib. Rodosı Mushəfinin adi və Brayl versiyaları bu gün İslam dünyasında Əlcəzairin “səfirləri”nə çevrilərək, ölkənin ilahi kəlama xidmət istiqamətindəki diqqət və səylərini nümayiş etdirir.
4345004