IQNA

Kətaib Hizbullah (İraq):

ABŞ-ın müqavimət liderlərini izləmək üçün mükafat təyin etməsi, acizliyinin etirafıdır

7:46 - April 21, 2026
Xəbər sayı: 3500194
İQNA – İraq Kətaib Hizbullah hərəkatı yaydığı bəyanatda bildirib ki, ABŞ-ın bu qrupun baş katibinin izinə düşmək üçün mükafat təyin etməsi Vaşinqtonun kəşfiyyat və hərbi sahədəki uğursuzluğunun açıq göstəricisidir.

İQNA”-nın İraq mediasına istinadən verdiyi xəbərə görə, Kətaib Hizbullah bəyan edib: “Sionist–Amerika düşməni geniş müdafiə müharibəsi və qırx günlük epopeya zamanı möhkəm iradəli kişilərin əli ilə məğlubiyyətin acısını və çəkindirilmənin təsirini dadandan, həmçinin İraqdakı İslam müqavimətinin rolunu məhdudlaşdırmaqda və onun iradəsini sındırmaqda uğursuz olandan sonra, Vaşinqton yenidən öz hiyləgər mahiyyətini ortaya qoyub. Belə ki, Kətaib Hizbullahın baş katibi Hac Əbu Hüseyn əl-Hamidavinin izlənməsi üçün hər cür əməkdaşlığa mükafat təyin edir. Bu isə onun hərbi arsenalının və casusluq sistemlərinin acizliyinin açıq etirafıdır”.

Bəyanatda deyilir: “Biz Kətaib Hizbullah olaraq, hər gün cihad meydanlarında mövqelərimizi daha da möhkəmləndirərkən, baş katibimizin qətiyyətindən ilham alırıq və səbir və dözüm ruhu ilə dövrün tağutlarına və insanlıq düşmənlərinə qarşı dayanırıq”.

Kətaib Hizbullah əlavə edib: “ABŞ hökumətinin hiylələri və cinayətləri yalnız yolumuzda daha da möhkəmlənməyimizə və qələbəyə olan inamımızın artmasına səbəb olur. Bu da göstərir ki, biz haqq yolunda addımlayırıq və zalımlara qarşı cihad və məzlumlara yardım barədə ilahi əmri yerinə yetiririk”.

Bəyanatın davamında vurğulanır: “Düşmən bilməlidir ki, bizim baş katibimiz — şəhidimiz, İmam Seyid Əli Xamenei kimi — heç vaxt döyüş meydanına girməkdən və qarşıdurmadan çəkinməyib. O, şəhadəti ən uca məqsəd, düşmənlə mübarizəni isə ən böyük vəzifə hesab edir. O, bütün cihad həyatını İslamın ucaldılmasına həsr edib və bu yolda nə haqqı müdafiə etməkdən geri çəkilir, nə də iki xeyirdən biri — qələbə və ya şəhadət — uğrunda tərəddüd edir. Biz də damarlarımızda qan axdığı müddətcə əhdimizə sadiq qalacağıq”.

Kətaib Hizbullah daha sonra qeyd edib: “Əgər düşmən düşünürsə ki, hiylə və fitnəsi bizim iradəmizi sarsıda bilər, böyük bir xəyala qapılıb. Çünki biz məğlubiyyəti tanımayan və təslim olmayan bir məktəbin övladlarıyıq. Komandanın əlindən bayraq düşən kimi, başqası onu daha böyük əzm və qətiyyətlə qaldırır. İran İslam Respublikasında və Livanda baş verənlər, mücahidlərin səbatı və onların zərbələri qarşısında istibdadın xülyalarının necə çökdüyünün ən açıq sübutudur”.

Bu bəyanat ABŞ Dövlət Departamentinin Kətaib Hizbullah liderinə qarşı uğursuz sui-qəsd cəhdlərindən sonra rəsmi çağırış yayaraq onun müəyyən edilməsi və ya həbsinə aparacaq məlumat üçün 10 milyon dollar mükafat təyin etməsindən sonra dərc olunub.

ABŞ, bölgədə və İran İslam Respublikası ilə qarşıdurmada uğursuzluğa düçar olduqdan sonra, İraq İslam müqaviməti ilə əlaqəli bir neçə şəxsi də sanksiya siyahısına salıb.

4347190

captcha