IQNA

Argentina səfirliyi Qüdsə köçürmək barədə təxribat xarakterli addım atdı

8:23 - April 23, 2026
Xəbər sayı: 3500207
İQNA – Argentina prezidenti işğal olunmuş Fələstində sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşündə səfirliyi Qüdsə köçürmək qərarını açıqlayıb.

“İQNA”-nın “Arabi21”ə istinadən verdiyi xəbərə görə, Argentina prezidenti və sionist rejimin qatı tərəfdarı Xavyer Milei üç günlük rəsmi səfər üçün dünəndən işğal olunmuş ərazilərə daxil olub və Netanyahu ilə görüşündə ölkəsinin səfirliyini işğal altındakı şəhərdə açmaq niyyətində olduğunu bildirib.

Xavyer Mileinin işğal olunmuş Fələstinə rəsmi səfəri zamanı tərəflər “İshaq” adlı strateji paktı imzalayaraq təhlükəsizlik, ticarət və iqtisadi əməkdaşlığın yeni mərhələsinə start veriblər.

Birgə bəyanatda tərəflər “İranın terror şəbəkələrini genişləndirmək və Qərb yarımkürəsinin müxtəlif bölgələrində əməliyyat mövcudluğunu artırmaq cəhdlərinə qarşı” koordinasiyalı fəaliyyət göstərəcəklərini bildiriblər.

Milei bu anlaşmanın başlanğıcını “iki xalq üçün tarixi an” adlandırıb və 1992-ci ildə Argentinadakı İsrail səfirliyinə edilən və İranın məsul tutulduğu ölümcül bombalı hücuma işarə edərək deyib: “Argentina və İsrail Buenos Airesdəki terror hücumundan bəri bir-birinin dərd ortağıdır.”

Argentina hökuməti yaxınlarda İranın etirazından sonra — yəni Argentinanın SEPAH-ı terror təşkilatı elan etməsi ilə bağlı — Tehranın diplomatik nümayəndəsini ölkədən çıxarmışdı.

Bu qərar elə bir vaxtda elan olunur ki, dünyanın böyük əksəriyyət ölkələri hələ də səfirliklərini işğal altındakı Qüdsə köçürməkdən imtina edir və bu şəhəri sionist rejimin paytaxtı kimi tanımırlar.

4347554 

captcha