“İQNA”-nın “Nəbə”yə istinadən verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatı yaydığı bəyanatda sionist rejimin və məskunlaşanların Əl-Əqsa məscidinə qarşı törətdiyi pozuntuları pisləyib.
Hərəkat vurğulayıb ki, İsrail qüvvələrinin himayəsi altında Əl‑Əqsa məscidinin həyətlərinə edilən basqınlar beynəlxalq normaların və konvensiyaların pozulmasıdır və dünyanın hər yerindəki müsəlmanların hisslərini təhrik edir.
Bəyanatda qeyd olunur ki, bu hadisələr Qərb sahilində ilhaq planları və məskunlaşma fəaliyyətlərinin genişləndirilməsi ilə eyni vaxtda baş verir. Bunlara “Sanur” adlı yeni məskunlaşma bazasının açılması da daxildir ki, bu da Fələstinlilərin mövcudluğunu zəiflətmək və sahədə yeni reallıqlar yaratmaq məqsədi daşıyan yeni mərhələ kimi qiymətləndirilir.
Bəyanatda həmçinin Qəzza zolağındakı vəziyyətə toxunularaq sionist rejim davam edən qətliam əməliyyatları, torpaq müsadirələri və atəşkəs razılaşmalarının pozulması ilə ittiham edilib. Hərəkat bu vəziyyəti “beynəlxalq səssizlik və rəsmi ərəb mövqelərinin əlbirliyi” fonunda baş verdiyini bildirib.
İslami Cihad ərəb ölkələrinin rəsmi mövqelərini tənqid edərək onları sionist rejimin siyasətlərinə siyasi örtük yaratmaqda günahlandırıb. Hərəkat Qüds, Qərb sahili və Qəzzadakı hadisələrin bütün region üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib və bildirib ki, bu hadisələr ərəb milli təhlükəsizliyini təhdid edən daha geniş planların bir hissəsidir.
Hərəkat ərəb və müsəlman xalqlarını bu siyasətlərə qarşı durmağa çağırıb və müqavimət seçiminə sadiqliyini vurğulayıb.
İslami Cihad həmçinin işğal olunmuş ərazilərdə sionist rejimin həyata keçirdiyi layihələrə qarşı mübarizə aparan müqavimət döyüşçülərinin rolunu yüksək qiymətləndirib.
4348109