“İQNA”-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, Papa XIV Leo cümə axşamı gecəsi Ekvatorial Qinenin paytaxtı Malaboya səfəri zamanı onu müşayiət edən jurnalistlərə deyib: “Mən bir ruhani rəhbər kimi müharibənin tərəfdarı ola bilmərəm.”
CNN-in məlumatına əsasən, Katolik dünyasının rəhbəri əlavə edib: “ABŞ və İsrailin İranı bombalaması qlobal iqtisadiyyatda qarışıqlıq yaradıb və bu müharibə səbəbilə əziyyət çəkən günahsız İran əhalisinin tamamını ağır vəziyyətə salıb. Mən hamını nifrət və parçalanmadan deyil, sülh mədəniyyətindən qaynaqlanan cavablar tapmağa təşviq etmək istəyirəm.”
Bu açıqlamalar ABŞ Prezidenti Donald Trampın son günlərdə Papa haqqında səsləndirdiyi sərt ifadələrdən sonra verilib.
Donald Tramp ötən həftə Papaya “biabırçılıq” demişdi. Halbuki Papa son həftələrdə ABŞ və İsrailin İrana qarşı müharibəsinin getdikcə daha sərt tənqidçilərindən birinə çevrilib. O, Trampın sözlərinə cavab olaraq bildirib ki, bu bəyanatlara baxmayaraq, müharibəni tənqid etməyə davam edəcək.
Papa Leo ötən ay Vatikanın “Sankt-Peter” meydanında Palma bayramı mərasimində demişdi: “Allah müharibə alovlandıranların və əlləri qana batmış olanların duasını eşitmir, əksinə onu rədd edir.”
O, ABŞ-ın Qərbi Asiyada müharibə siyasətini tənqid edərək əlavə etmişdi: “Allah müharibəni rədd edir və heç kim Ondan müharibəni əsaslandırmaq üçün istifadə edə bilməz.”
Fevralın 28-i tarixində ABŞ və İsrail rejimi, Vaşinqtonla aparılan dolayı danışıqlar davam etdiyi halda, təcavüzkar şəkildə İran ərazisinə hücum etmişdi. İran isə ölkə torpağına edilən bu hücuma cavab olaraq özünümüdafiə çərçivəsində “Sadiq Vədə 4” əməliyyatını həyata keçirərək regiondakı ABŞ bazalarını və işğal olunmuş ərazilərdə müəyyən edilmiş hədəfləri vurmuşdu.
4348234