IQNA

Hindistanda seçkilərdə müsəlman seçicilərin adlarının silinməsi

11:53 - May 09, 2026
Xəbər sayı: 3500301
İQNA – Hindistanda əyalət seçkiləri keçirilərkən, bəzi hesabatlar müsəlman seçicilərin adlarının silindiyini göstərir.

“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, Hindistan Seçki Komissiyası milyonlarla müsəlman seçicinin adını siyahıdan silib. Təkcə Qərbi Benqalda təxminən 9 milyon ad – seçicilərin 10 faizindən çoxu – guya inzibati səhvləri düzəltmək üçün silinib.

Müsəlmanlar bu əyalət əhalisinin təxminən 30 faizini təşkil edir və onların adları əhəmiyyətli dərəcədə silinib.

Bharatiya Janata Partiyası bu tədbirin Benqaldeşdən olan qanunsuz immiqrantları hədəf aldığını iddia etsə də, əyalət hökuməti bu addımı hindistanlı müsəlmanları səsvermə hüququndan məhrum etmək üçün sistemli cəhd kimi təsvir edir.

Bundan əvvəl bir neçə mətbuat hesabatı Hindistan müsəlmanları arasında təcrid hissinin artdığını bildirmişdi. Buna səbəb onları kənarlaşdıran və kimliklərini sual altına alan siyasi ritorikadır. Bu vəziyyət davam edərkən, 2024-cü ildə onlara qarşı nifrət təbliğatında sənədləşdirilmiş şəkildə kəskin artım 75 faizə çatıb və müsəlmanlar bu nifrət təbliğatının əsas hədəfidir.

Ekspertlərin fikrincə, Hindistanda əyalət seçkiləri çox vacibdir, çünki onların nəticəlari Hindistanın siyasi perspektivini növbəti illər üçün dəyişə bilər.

Bu gün ilkin səs sayımı göstərir ki, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindu millətçisi Bharatiya Janata Partiyası (BJP) Qərbi Benqal əyalətində keçirilən seçkilərdə irəlidədir və orada ilk qalibiyyətinə yaxınlaşır. Proqnozlara görə, BJP Mamata Banerjinin rəhbərlik etdiyi Trinamool Konqres Partiyasının 69 yerə qarşılıq 111 yer qazanacaq. Mətbuat hesabatlarına görə, BJP səs çoxluğu qazanmaq üçün 148 yerə ehtiyac duyur.

Əyalət seçkilərinin son mərhələsi bütün Hindistanda həyati siyasi sınaqdır. Proqnozlaşdırılan nəticələr təkcə nəzərdə tutulan əyalətləri kimin idarə edəcəyini müəyyən etməyəcək, həm də 2029-cu ilə planlaşdırılan ümumi seçkilərin yolunu formalaşdıracaq.

Bu nəticələr həm də Senatın tərkibinə təsir edəcək və Modi ilə onun hakim partiyasının rəhbərlik etdiyi Hindu millətçilərinin siyasi genişlənməsinin məhdudiyyətlərini sınayacaq.

4350442

captcha