“İQNA”-nın "Müslimun həvləl-əAləm"ə istinadən verdiyi xəbərə görə, Sinqapurda ilk dəfə olaraq bu ölkənin zəvvarları Səudiyyə Ərəbistanına həc ziyarətinə yola düşməzdən əvvəl NUSK kartlarını öz ölkələrində qəbul edib aktivləşdiriblər.
Bu yeni təşkilati tədbir onların səyahətini asanlaşdırmaq və vəhy torpağına çatdıqları andan tam hazırlıqla ibadətlərə başlamaq imkanı yaratmaq məqsədi daşıyır.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən verilən NUSK kartının zəvvarlar üçün gəzdirilməsi məcburidir. Bu kartlar zəvvarın şəxsi məlumatlarını əhatə edir və ona Mina, Ərəfat və Müzdəlifə müqəddəs məkanlarına daxil olmağa imkan verir. Bundan əlavə, yaşayış yeri, nəqliyyat və həclə bağlı xidmətlərin təfərrüatlarını da təqdim edir.
Bu kart fövqəladə hallarda böyük əhəmiyyət daşıyır və rəsmilərə zəvvarı tez bir zamanda müəyyənləşdirməyə, onun yerini təyin etməyə və lazımi yardım və ya tibbi qayğısını gecikdirmədən təmin etməyə imkan verir. Bu səbəbdən həcc rəsmiləri kartın bütün ziyarət boyu gəzdirilməsinin vacibliyini vurğulayırlar.
Sinqapurda Sultan məscidi zəvvarlar üçün müqəddəs torpağa yola düşməyə hazır olan ilk seriya NUSK kartlarının aktivləşdirilməsinə şahidlik edib.
Gözlənilir ki, bu kartların təqdim edilməsi zəvvarların qarşılaşdığı mərhələlərin sayını azaldacaq və nəticədə onların mənəvi səyahəti boyunca daha çox rahatlıq və təşkilatlanma təmin edəcək.
Tədbirin sonunda zəvvarların səyahətinin asanlaşması, ziyarətlərinin qəbul olunması və evlərinə təhlükəsiz qayıtmaları üçün dualar oxunub.
4351134