“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Axios portalı məlumatlı bir mənbəyə istinadla bildirib ki, Tramp bu gün Netanyahu ilə telefon danışığında İranla nüvə anlaşması barədə müzakirə aparıb.
Başqa bir mənbə də Axiosa deyib ki, Tramp həmçinin Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Türkiyə və Pakistan liderləri ilə də danışıb.
ABŞ prezidenti bu gün iddia edib ki, İranla anlaşmaya nail olmaq ehtimalı 50-50‑dir və bildirib ki, bu gün ABŞ-ın yüksək səviyyəli danışıqlar heyəti ilə görüşərək Tehranın son təklifini müzakirə edəcək.
Donald Tramp Axiosa deyib ki, bu gün ABŞ-ın İran üzrə baş danışıqlarçıları ilə görüşəcək, Tehranın son cavabını nəzərdən keçirəcək və ehtimal ki, bazar gününə qədər “müharibəni bərpa edib-etməmək” barədə qərar verəcək.
O, əvvəlki hədələrini təkrarlayaraq iddia edib: İranla “yaxşı bir anlaşma” əldə etmək və ya əks halda “onları tamamilə məhv olana qədər bombalamaq” ehtimalı tam olaraq 50-50‑dir.
Tramp bildirib ki, ABŞ-ın baş danışıqlarçıları Stiv Vitkaf və Cərəd Kuşnerlə görüşəcək və İranın son cavabını müzakirə edəcəklər. Gözlənilir ki, vitse-prezident Cey Di Vens də bu iclasa qoşulsun.
4353914