"İQNA"nın "Kərbəla" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İstanbuldakı İmam Hüseyn (ə) Mərkəzi tərəfindən təşkil olunan bu mərasimlər Məhərrəm ayının ilk günündən on üçüncü gününə qədər davam edir.
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının media şöbəsinin nəzarəti altında fəaliyyət göstərən bu mərkəzin direktoru Sabah Talqani bildirib: "Bu mərasimlərdə Hüseyn (ə) xətibi şeyx Mazən ət-Təmimiyə ev sahibliyi edirik".
O, əlavə edib: "İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının intellektual və mədəni işlər şöbəsinin koordinasiyası, Türkiyə Əhli-Beyt (ə) Fondu və İstanbuldakı türkmən icmasını təmsil edən Əhli-Beyt (ə) dərnəyinin əməkdaşlığı ilə gündəlik əzadarlıq iclasları, həmçinin kişilər, qadınlar və uşaqlar üçün xüsusi və ayrı-ayrı proqramlar nəzərdə tutulub".
Talqani qeyd edib: "Biz dördüncü illik Aşura toplantısına hazırlaşırıq. Bu il həmin toplantı Türkiyənin cənubunda yerləşən və zəlzələ nəticəsində böyük hissəsi dağılmış Hatay şəhərində keçiriləcək".
İstanbul İmam Hüseyn (ə) Mərkəzinin direktoru bildirib: "Həmçinin İmam Hüseynin (ə) şəhadətinin ildönümü münasibətilə Hüseyn (ə) müqəddəs ziyarətgahından xüsusi bir heyət Aşura günü Hatayda əzadarlıq mərasimi təşkil edəcək".
4359961