“İQNA”-nın “əl-Əhd News”-a istinadən verdiyi xəbərə görə, Məhərrəm ayının onuncu günü (Aşura) anım mərasimi bu gün səhər, 26 iyun tarixində, İmam Hüseynin (ə) aşiqi olanların izdihamlı iştirakı ilə Beyrutun cənub ətrafında yerləşən şəhid Seyid Həsən Nəsrullahın məzarı yanında başlayıb.
Bu mərasim Livanın Hizbullah təşkilatı tərəfindən, Beyrutun cənub bölgəsində (Dahiya) hava limanı yolunun yaxınlığında yerləşən Seyid Həsən Nəsrullahın məzarı yanında təşkil edilib.
Yayılan görüntülər göstərir ki, çox sayda Əhli-Beyt (ə) aşiqi Aşura günü matəm mərasimi üçün bu məkanda toplaşıb.
Bu mərasimdə minlərlə İmam Hüseyn (ə) əzadarı, Hizbullahın baş katibi olan şəhidin məzarı yanında toplaşaraq matəm mərasimləri keçirib və bir daha Kərbəla qiyamının ideallarına, fədakarlıq və müqavimət mədəniyyətinə sadiqliklərini vurğulayıblar.
Yürüş kədər və hüzn içində, Aşura şüarları və müqavimət şüarlarının səsləndirilməsi ilə mərasim yerinə doğru davam edib. İştirakçılar İmam Hüseyn (ə) bayraqları və şəhid Seyid Həsən Nəsrullahın şəkillərini daşıyaraq müqavimət şəhidlərinin xatirəsini də yad ediblər.
4360418