“İQNA”-nın "Detroit Free Press"-ə istinadən verdiyi məlumata görə, iyunun 28-i, bazar günü Aşura münasibətilə minlərlə matəm saxlayan şiə Dirborndakı Ford yolunda toplaşaraq, dini bayraqlar və ədalət tələb edən plakatlar qaldıraraq "Ədalət yürüşü" keçiriblər.
Qara geyinmiş matəm saxlayanlar İmam Hüseynin (ə) şərəfinə qara, qırmızı və yaşıl bayraqlar tutmuş, bəziləri isə üzərində "Biz zalımlar qarşısında baş əymirik", "Hər gün Aşuradır", "Azad Fələstin" yazılmış sarı rəngli plakatlar qaldırmışdılar.
Yürüşün bir hissəsində uşaqlar İsrail rejiminin hücumları nəticəsində Livanda öldürülən uşaqların şəkilləri olan plakatlar daşıyırdılar. Bu tədbir Dirborn şəhərindəki livanlı icması üçün ən böyük açıq hava toplantılarından biridir. Nümayiş etdirilən bayraqların çoxu dini olsa da, bəziləri həmrəylik əlaməti olaraq Livan və Fələstin bayraqlarını dalğalandırırdılar.
İştirakçılardan bəzilərinin əlində tutduğu plakatda yazılmışdı: "Qəzzə, Livan və İran uşaqlarının cavabdehliyini kim daşıyır?"
Şəhər rəsmiləri yürüşdə təxminən 3000 nəfərin iştirak etdiyini bildiriblər.
4360989