IQNA

98-ci Oskar mükafatlarına namizəd filmə bir baxış

"Prezidenti"Prezidentin tortu": İstibdadın acı dadı və sanksiyalar kabusun tortu": İstibdadın acı dadı və sanksiyalar kabusu

14:25 - July 01, 2026
Xəbər sayı: 3500651
İQNA – "Prezidentin tortu" (The Presidents Cake) filminin süjeti 1990-cı illərdə, İraqın sabiq diktatoru Səddam Hüseynin hakimiyyəti dövründə cərəyan edir. O vaxtlar İraq bir tərəfdən Bəs Partiyasının istibdadı, digər tərəfdən isə ABŞ-ın bombardmanları, iqtisadi sanksiyaların təzyiqi və kəskin ərzaq çatışmazlığı ilə üz-üzə idi.

 

Lamiya adlı 9 yaşlı qız məktəbdə püşkatma yolu ilə Səddam Hüseynin ad günü üçün tort bişirməyə seçilir. Bu püşkatma bütün digər püşkatmalardan fərqli olaraq, bir qələbə və ya şans deyil, rədd edilməsi ağır nəticələr doğura biləcək məcburi bir vəzifədir. O, nənəsi, dostu Səid və ev xoruzu ilə birlikdə un, şəkər və yumurta axtarışına çıxaraq, həmin dövrdə İraq xalqının həyatını əks etdirən bir səyahətə başlayır.

Bu film sübut edir ki, bir diktaturanın və müharibənin vəhşiliyini təsvir etmək üçün həmişə döyüş meydanına və qanlı səhnələrə ehtiyac yoxdur. Bəzən bir tortun bişirilməsi və bir uşağın yaşadığı narahatlıq daha dəqiq bir mənzərə yaradır; həm acı, həm də dərindən insani bir mənzərə.

Film dünyanı uşağın gözü ilə görməyi bacarır. Məhz bu seçim sayəsində tamaşaçı siyasi təhlillər eşitmək əvəzinə, psixoloji təzyiqi özündə hiss edir. Filmin ən böyük uğuru odur ki, siyasəti şüara endirmir.

Filmin digər bir güclü tərəfi isə şişirdilmiş qaraltmalardan qaçmasıdır. Rejissor və ssenarist Həsən Hadi bu acı mühitin içində yumor, dostluq və ümid dolu anlar yaradır. Uşaqlar arasındakı münasibət, xoruzun onlara yoldaşlıq etməsi və yolüstü qarşılaşdıqları insanlarla olan bəzən yumoristik hadisələr filmin birbaşa matəmə çevrilməsinə mane olur. Uşaqların məsumiyyəti ilə ətrafdakı dünyanın vəhşiliyi arasındakı bu təzad, əsərin emosional yükünü bir neçə dəfə artırır.

 

فیلم «کیک رئیس‌جمهور»؛ سایه استبداد و جنگ بر زندگی مردم عراق

Filmin yeganə qüsuru kimi onun nisbətən yavaş ritmini göstərmək olar. Hekayə ardıcıl dramatik düyünlər üzərində deyil, müşahidə və həmin mühitdə yaşama təcrübəsi üzərində qurulub. Çox hadisəli dram gözləyən tamaşaçılar üçün bu lənglik çətinlik yarada bilər, lakin məhz bu pauzalar filmə öz dünyasını təfərrüatları ilə qurmağa imkan verir.

"Prezidentin tortu" sonda uşaqlığın itirilməsi haqqında bir filmdir; xəyal qurmağı öyrənməmişdən əvvəl qorxmağı öyrənmiş bir nəsil haqqında.

ABŞ kimi özünü qüdrətli sayan ölkələr, humanizm və insan haqları şüarları ilə bir ölkənin işlərinə qarışmağı özlərinə rəva görürlər. Diktatura ilə mübarizə və xalqı azad etmək bəhanəsi ilə özləri başqa bir təzyiq alətinə çevrilərək, adi insanların həyatını cəhənnəmə döndərirlər. Bombalarla günahsız insanların canını alan müharibələr və adi insanların dolanışığına birbaşa təsir edən sanksiyalar... Sonda siyasətin və müharibənin qurbanları məhz buna ən az dəxli olanlardır və ən böyük mənəvi-psixoloji zərbəni uşaqlar alır.

Film öz dünya premyerasını 2025-ci il Kann Film Festivalının "Rejissorların onbeşliyi" bölməsində edib və festivalın ən yaxşı debüt filmi üçün "Qızıl kamera" mükafatını qazanıb. Həmçinin, bu bölmənin tamaşaçı mükafatına da layiq görülüb.

Bu film İraqın 98-ci Oskar mükafatlarında "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyası üzrə nümayəndəsi seçilib və 6 fevral 2026-cı ildə ABŞ-da "Sony Pictures Classics" tərəfindən ekranlaşdırılıb.

Müəllif: Ruhəngiz Ənuşi

4360566

Teqlər: səddam hüseyn ، film ، Oskar ، sanksiya
captcha