“İQNA”-nın məlumatına görə, CNN bu hesabatında yüz minlərlə yas tutanın ikinci gün dəfn mərasimində Tehranın böyük Müsəllasında toplaşdığını və yayın yandırıcı istisinə meydan oxuduğunu bildirib.
Bu Amerika xəbər kanalı, İnqilabın şəhid rəhbərinin dəfn mərasimində xalqın geniş iştirakını "siyasi güc nümayişi" kimi dəyərləndirib və əlavə edib: sıx izdiham, qərb əleyhinə şüarlar səsləndirməklə İran hökumətinin qanuniliyini nümayiş etdirdi və Ayətullah Müctəba Xameneini dəstəklədilər.
Hesabatın davamında deyilir: İranın paytaxtını şiddətli isti dalğası bürüdüyü bir vaxtda, İranın mərhum rəhbərinin tərəfdarları və dəstəkçiləri, İran bayrağı ilə örtülmüş onun tabutunu görmək üçün İmam böyük Xomeyni Müsəllasında toplaşıblar. Əlverişsiz hava şəraitini idarə etmək üçün Tehran Bələdiyyəsinin rəsmiləri kompleksin hər yerində böyük su püskürtmə sistemləri quraşdırıblar və minlərlə könüllü və Qızıl Aypara əməkdaşları sərin içkilər paylayır və bu məqsədlə çadırlar qurublar.
Ənənəvi şiə yas mərasimində iştirakçılar ritmlə sinələrinə vurur və "Amerikaya ölüm", "İsrailə ölüm" və "Qisas! Qisas!" kimi şüarlar səsləndirirlər. Həmçinin ingilis, ərəb və fars dillərində olan görkəmli afişalar mərasimin rəsmi şüarını göstərir ki, onların üzərində "Qalxmaq lazımdır" yazılıb.
4362321