IQNA

Fələstin Müqavimət Komitələri: Ayətullah Xamenei izzət, ləyaqət, inqilab və müqavimətin simvoludur

13:20 - July 12, 2026
Xəbər sayı: 3500746
İQNA – Fələstin Müqavimət Komitələri yaydığı bəyanatda vurğulayıb ki, Ayətullah Xamenei izzət, ləyaqət, inqilab və müqavimətin simvolu olaraq qalacaq, onun irsi isə möminlərin və azadlıqsevərlərin yaddaşında yaşamaqda davam edəcək.

“İQNA”-nın, Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:

“Ayətullah Seyid Əli Xameneinin, İranın mərhum rəhbərinin şəhid edilməsi İslam İnqilabını susdurmağa müvəffəq olmayacaq.”

Bəyanatda həmçinin qeyd olunur:

“Şəhid Ayətullah Xameneinin qanı inqilabın ruhunu daha da alovlandırdı və onu sionist, Amerika və Qərb hegemonizminin qüvvələri ilə qarşıdurmada daha qətiyyətli və daha möhkəm etdi.”

Fələstin Müqavimət Komitələri bildirib: “Şəhid Xamenei bir mücahid, ədalətli rəhbər və müdrik lider kimi yaşadı. O, öz prinsiplərinə sadiq qalaraq şəhid oldu; nə güzəştə getdi, nə də sövdələşməyə razı oldu. O, Fələstin məsələsini gözardı edilə bilməyən bir əqidəyə çevirdi.”

Bəyanatda, Ayətullah Xamenei ilə vida və dəfn mərasimlərinin sədaqət dastanına və izzət rəmzinə çevrildiyi vurğulanaraq deyilir: “Liderlərin şəhid olması yolu dayandırmır. Əksinə, bu, həmin yola daha güclü iradə, daha möhkəm qətiyyət və daha dərin iman qazandırır.”

4363234

captcha