“İQNA”-nın “Muslimun Həvləl-Aləm” saytına istinadən verdiyi məlumata görə, toplantıda alban tədqiqatçılarının Quran elmlərinin inkişafındakı rolu və töhfələri geniş şəkildə təhlil olunub. Tədbirdə kitabın müəllifi Fərid Biko, Şkoder müftisi Şeyx Məhəmməd Sutari, eləcə də alimlər, tədqiqatçılar, dini təhsil alan tələbələr və İslam irsi ilə maraqlanan şəxslər iştirak ediblər.
Əhalisinin təxminən 70 faizini müsəlmanlar, 20 faizini katoliklər, 10 faizini isə pravoslav xristianlar təşkil edən Albaniyada bu cür elmi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Ölkənin İslam qurumları müsəlman cəmiyyətinin elmi və intellektual irsi barədə məlumatlılığın artırılmasına xidmət edən elmi təşəbbüsləri dəstəkləməyə davam edirlər.
Şeyx Məhəmməd Sutari çıxışında müəllifin Osmanlı irsinin müxtəlif istiqamətlərini sənədləşdirmək və alban alimlərinin İslam elmi hərəkatının zənginləşdirilməsindəki mövqeyi və rolunu üzə çıxarmaq istiqamətində göstərdiyi elmi səyləri yüksək qiymətləndirib.
O, həmçinin tarixi sənədlərə və etibarlı mənbələrə əsaslanan araşdırmaların Osmanlı irsi ilə bağlı geniş yayılmış yanlış təsəvvürlərin aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirin sonunda iştirakçılara kitabın nüsxələri hədiyyə olunub.
Bu təşəbbüslər göstərir ki, Albaniyada fəaliyyət göstərən İslam qurumlarının missiyası təkcə dini məsələlərlə məhdudlaşmır. Bu qurumlar elmi araşdırmaların dəstəklənməsi, yeni nəslin öz tarixi-mədəni irsi ilə əlaqəsinin möhkəmləndirilməsi və alban alimlərinin İslam sivilizasiyasına verdiyi elmi töhfələrin tanıdılması istiqamətində mühüm rol oynayırlar.
4363798