“İQNA”-nın “Daily Beast”-ə istinadən verdiyi məlumata görə, Vatikan Kommunikasiya Departamentinin redaksiya direktoru Andrea Tornielli bir cavab bəyanatı yayaraq vurğulayıb ki, papanın müharibə, miqrantlar və digər məsələlər haqqındakı çıxışları rəsmən İncilə əsaslanır. Vatikan rəsmisinin bu cavabı, ABŞ səfirinin Papa Leo XIV-ün Vaşinqtonun İrana qarşı müharibə təbliğatına dair tənqidini əhəmiyyətsiz göstərməyə çalışan bəyanatına reaksiya olaraq səslənib.
Torniellinin cavabı ABŞ səfiri Brayan Burçun papanın tənqidlərinin dünya katoliklərin mənəvi lideri tərəfindən deyil, Vatikan kimi kiçik bir dövlətin siyasi lideri kimi irəli sürüldüyünü iddia etdiyi açıqlamalardan sonra dərc edilib.
Tornielli bu iddianın yanlış olduğunu vurğulayıb. O bildirib ki, papa müharibə, sülh, miqrasiya və süni intellekt kimi məsələlərdən danışarkən belə, hər şeydən əvvəl bir mənəvi lider olaraq qalır.
Bu fikir, Amerika əsilli ilk papa olan Papa Leo ilə Tramp administrasiyası arasında gözlə görülən artan gərginliyi əks etdirir. Leo dəfələrlə ABŞ-ın İrana qarşı müharibəsini tənqid edib və Vaşinqtonun bu hərbi əməliyyatları dəstəkləmək üçün dindən sui-istifadə etmək cəhdlərini pisləyib.
4363977