IQNA

Ben-Qvirin İsrail həbsxanaları ilə bağlı mübahisəli planı dayandırıldı

17:20 - August 03, 2026
Xəbər sayı: 3500880
İQNA- İsrail məhkəməsi sionist rejiminin milli təhlükəsizlik nazirinin fələstinli məhbusların saxlandığı həbsxanalarla bağlı mübahisəli planını dayandırıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, İsrail məhkəməsi milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin fələstinli məhbusların saxlandığı Neqev səhrasındakı “Ketziot” həbsxanasının ətrafına timsahlar yerləşdirilməsi ilə bağlı planını müvəqqəti olaraq dayandırıb.

Məlumata görə, sionist rəsmilər həbsxananın “Tufan əl-Əqsa” əməliyyatında iştirak etmək ittihamı ilə saxlanılan fələstinlilərin olduğu hissəsinin ətrafında xəndəklər qazmağa başlayıblar. Ben-Qvirin planına əsasən, bu xəndəklərə timsahların yerləşdirilməsi nəzərdə tutulur.

İndi isə işğal altındakı Qüdsün rayon məhkəməsi, “Qoyun heyvanlar yaşasın” adlı heyvan hüquqları təşkilatının Milli Təhlükəsizlik Nazirliyi və İsrail Həbsxana Xidmətinin dəstəklədiyi bu plana qarşı iddia qaldırmasından sonra müvəqqəti dayandırılma qərarı verib.

Bu qərar Ben-Qvir və Həbsxana Xidmətinə qarşı inzibati iddianın qeydiyyata alınmasından bir neçə saat sonra verilib. Müvəqqəti qərar rəsmilərin məhkəməyə cavab verəcəyi vaxta qədər (bu ayın ortalarına qədər gözlənilir) qüvvədə qalacaq.

Sionist rejimin kabineti hələ də məhkəməyə öz rəsmi mövqeyini təqdim etməyib və dayandırılma qərarı ilə bağlı tələbə cavab olaraq bunu etməsi gözlənilir.

Ben-Qvir 2022-ci ilin sonlarında vəzifəyə gəldiyi gündən bəri fələstinli məhbusların saxlanma şəraitini daha da sərtləşdirib. Bunların arasında aclıq, tibbi laqeydlik, işgəncə və təkadamlıq kamerada saxlama kimi siyasətlər yer alır.

Fələstin və İsrail hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, İsrail həbsxanalarında qadınlar və uşaqlar da daxil olmaqla, təxminən 9500 fələstinli məhbus ağır şəraitdə saxlanılır və onlarla insan aclıq, işgəncə və tibbi laqeydlik səbəbindən həyatını itirib.

4367871

Teqlər: sionist ، israil ، həbsxana ، fələstin
captcha