İQNA – HƏMAS hərəkatı İbrahimi məscidinin bağlanması ilə bağlı xəbərdarlıq edib və müqəddəs yerləri qorumaq üçün təcili ərəb və islam addımlarının atılmasını tələb edib.
“İQNA”-nın "Ərəb Jurnal"a istinadən verdiyi məlumata görə, Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) işğalçı İsrail qüvvələri tərəfindən İbrahimi məscidinin bağlanmasının yaratdığı təhlükələr barədə xəbərdarlıq edib və bu addımı ibadət azadlığına birbaşa hücum, həmçinin islam müqəddəs yerlərinin toxunulmazlığının açıq şəkildə pozulması kimi qiymətləndirib.
Hərəkat bəyanatında vurğulayıb ki, İbrahimi məscidi Fələstin xalqının və millətinin kimliyinin ayrılmaz bir hissəsidir. Bəyanatda həmçinin qeyd edilib ki, düşmənin fikir ayrılığı yaratmaq və müqəddəs yerlərə hakim olmaq cəhdləri ona bu yerlər üzərində hər hansı bir hüquq və ya legitimlik qazandırmır.
HƏMAS ərəb və islam dünyasını öz məsuliyyətlərini yerinə yetirməyə, İbrahimi məscidinə, Əl-Əqsa məscidinə və Fələstindəki bütün digər müqəddəs islam məkanlarına qarşı edilən davamlı hücumları dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
4369574