IQNA

16:23 - August 15, 2026
Xəbər sayı: 3500965

Mərakeşdə 20-ci Beynəlxalq Quran Müsabiqəsi başa çatıb

İQNA – Mərakeşin paytaxtı Rabatda Qurani-Kərimin hifzi, tərtili, təcvidi və təfsiri üzrə Kral VI Məhəmməd Beynəlxalq Mükafatı müsabiqəsinin 20-ci buraxılışı çərçivəsində keçirilən tədbirlər avqustun 13-də, cümə axşamı başa çatıb.

“İQNA”-nın “Mədar 21”-ə istinadən verdiyi xəbərə görə, müsabiqə avqustun 10-da, bazar ertəsi Mərakeşdə Səudiyyə Ərəbistanının səfiri Sami bin Abdullah əs-Salehin, bir sıra ərəb və İslam ölkələrinin səfirlərinin, İSESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin, dövlət rəsmilərinin və bir qrup alimin iştirakı ilə başlayıb və dörd gün davam edib.

Müsabiqədə beş qitədən 53 ölkəni təmsil edən 83 hafiz və qari iştirak edib və müxtəlif kateqoriyalar üzrə bir-biri ilə yarışıb.

Müsabiqə iki bölmədən ibarət olub: Qurani-Kərimin tam hifzi, tərtil və təfsiri, həmçinin ardıcıl beş hizbin hifzi, təcvid və gözəl ifa.

Bu il keçirilən yarışda Qurani-Kərimin tam hifzi, tərtil və təfsiri üzrə 41 iştirakçı, beş hizbin hifzi və təcvid üzrə isə 42 iştirakçı iştirak edib.

Müsabiqə Qurana xidmətin inkişaf etdirilməsi, Quranın əzbərlənməsi və onun üzərində təfəkkürə təşviq, Peyğəmbərin (s) Quranın tilavəti və öyrənilməsi ilə bağlı sünnəsinə riayət edilməsi, habelə Qurani-Kərimin bəlağət xüsusiyyətlərinin öyrənilməsi məqsədilə təşkil olunub.

4369672

captcha