sionist rejim - Səhifə 10

IQNA

İQNA - Qəzza hökumətinin media ofisi bəyan edib ki, İsrail rejimi müharibənin dayandırıldığının elan olunmasından bəri 80 dəfə atəşkəsi pozub və müxtəlif bölgələrə endirdiyi ölümcül hücumlar nəticəsində 97 fələstinli şəhid olub.
Xəbər sayı: 3499064   Nəşr tarixi : 2025/10/20

İQNA - Livan Hizbullah Hərəkatının baş katibi bəyan edib ki, sionist rejim və Amerika Birləşmiş Ştatları Hizbullahı məğlub etməyə qadir deyillər.
Xəbər sayı: 3499047   Nəşr tarixi : 2025/10/18

İQNA - Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu vurğulayıb ki, ölkəsi Fələstin azad olana qədər İsrailə qarşı siyasi və hüquqi mübarizəni davam etdirəcək və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyəcək.
Xəbər sayı: 3499013   Nəşr tarixi : 2025/10/11

İQNA - Sionist rejimin son iki ildə Qəzza zolağında həyata keçirdiyi soyqırımı, müsəlman vaizlərini, imamlarını, dini rəhbərləri, həmçinin İslam və xristian ibadətgahlarını da əhatə edib. Bu rejim qəsdən Fələstin cəmiyyətinin mənəvi və əxlaqi dayaqlarını hədəfə alıb.
Xəbər sayı: 3499001   Nəşr tarixi : 2025/10/08

İQNA - Qəzza hökumətinin informasiya ofisi, müharibənin başlamasından iki il sonra bu zolaqda baş verən dəhşətli dağıntı və şəhidlər barədə məlumat yayıb və bildirib ki, sionistlərin hücumları nəticəsində Qəzza zolağında dağıntıların miqdarı 90 faizə çatıb.
Xəbər sayı: 3498994   Nəşr tarixi : 2025/10/07

Qahirə danışıqları ərəfəsində
İQNA - Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) bazar ertəsi Misirin vasitəçiliyi ilə sionist rejimlə dolayısı danışıqların yenidən başlanması ərəfəsində, əsir mübadiləsi planının dərhal icrasına hazır olduğunu vurğulayıb.
Xəbər sayı: 3498989   Nəşr tarixi : 2025/10/06

İQNA - Xəbər mənbələri bildiriblər ki, Qəzzəyə humanitar yardım aparan qlobal “Səmud” donanmasının gəmiləri hazırda bu istiqamətdə hərəkətdədir və yalnız üç günə şəhərə yetişəcəklər.
Xəbər sayı: 3498951   Nəşr tarixi : 2025/09/30

İQNA - Beynəlxalq Jurnalistlər Federasiyası 26 sentyabrı Fələstinli Jurnalistlərlə Beynəlxalq Həmrəylik Günü adlandırıb ki, Qəzzada jurnalistlərin yaşadığı iztirab və çətinlikləri dünya ictimaiyyətinə çatdırmaq üçün münasib fürsət yaransın.
Xəbər sayı: 3498932   Nəşr tarixi : 2025/09/27

Pezeşkian BMT-də:
İQNA - İranın prezidenti BMT Baş Assambleyasının səksəninci iclasında çıxışı zamanı sionist rejim və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava hücumlarına işarə edərək vurğulayıb: “Bu vəhşicəsinə təcavüz təkcə bir sıra komandir və vətəndaşların şəhid olmasına səbəb olmadı, həm də diplomatiyaya böyük xəyanət və beynəlxalq etimada ağır zərbə oldu”.
Xəbər sayı: 3498925   Nəşr tarixi : 2025/09/25

İQNA - Avropa İttifaqı sionist rejimi Qəzza müharibəsinə və bu rejimin fələstinlilərə qarşı cinayətlərinə görə sanksiya ilə hədələyib.
Xəbər sayı: 3498923   Nəşr tarixi : 2025/09/26

İQNA - İspaniyanın iqtisadiyyat naziri sionist rejimə qarşı ölkəsinin iqtisadi sanksiyalarını sərtləşdirdiyini açıqlayıb və ticarəti Qəzzadakı soyqırımın dayandırılması ilə əlaqələndirib.
Xəbər sayı: 3498919   Nəşr tarixi : 2025/09/24

İsrailçi dairələrin reaksiyasına baxmayaraq
İQNA - İngiltərə, Avstraliya və Kanadanın rəsmiləri Fələstin dövlətini tanıdıqlarını elan ediblər; bu məsələ sionist rejim daxilində və regionda geniş reaksiyalara səbəb olub.
Xəbər sayı: 3498908   Nəşr tarixi : 2025/09/22

İQNA - Yəmənin Ənsarullah hərəkatının lideri çıxışında Yəmənin fələstinlilərə dəstəyini və sionist rejimi hədəf almağı vurğulayıb.
Xəbər sayı: 3498906   Nəşr tarixi : 2025/09/22

İQNA - BMT Baş Assambleyasının yeni sədri bildirib ki, Nyu-Yorkda Fələstinin tanınması ilə bağlı keçiriləcək iclas Qəzza zolağındakı humanitar vəziyyətlə əlaqədar olaraq (sionist) İsrailə təzyiqləri artıra bilər.
Xəbər sayı: 3498900   Nəşr tarixi : 2025/09/21

İQNA - Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Fələstin məsələsi həll olunmadığı müddətcə Qətər İsraillə heç bir sülhə nail olmayacaq.
Xəbər sayı: 3498898   Nəşr tarixi : 2025/09/21

İQNA - Ənsarullah hərəkatının siyasi bürosunun bir üzvü İsrail rejiminin müdafiə naziri tərəfindən Yəmənə qarşı səsləndirilən hədələyici çıxışa cavab olaraq dedi: “Sən bayrağını Sənada sancmaqdan öncə, əvvəlcə Eylat limanını yenidən fəaliyyətə qaytar”.
Xəbər sayı: 3498896   Nəşr tarixi : 2025/09/20

İQNA - Yəmən vətəndaşları Yəmənin əksər şəhərlərində keçirilən möhtəşəm yürüşlərlə bəyan etdilər ki, cihad təkcə ağlabatan və düzgün seçimdir və sionist rejimlə digər seçimlərin heç bir dəyəri yoxdur.
Xəbər sayı: 3498895   Nəşr tarixi : 2025/09/20

İQNA – Beynəlxalq əfv təşkilatı bəyan edib ki, 15 beynəlxalq şirkət sionistlərin insan haqlarını pozmasına şərik olub və bu rejimə Qəzzədə soyqırımı törətməkdə yardım göstərir.
Xəbər sayı: 3498891   Nəşr tarixi : 2025/09/20

İQNA - Fələstin İslami Cihad Hərəkatı və Həmas bəyanatlarında bildirdilər ki, ABŞ-ın vetosundan istifadə edərək Qəzzada atəşkəs qətnaməsinin qəbul edilməsinə mane olması İsrailin cinayətlərinə təşviqdir.
Xəbər sayı: 3498890   Nəşr tarixi : 2025/09/19

İQNA - Qəzza Səhiyyə Nazirliyi bildirib ki, sionist rejim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəxanalara yanacaq çatdırmasına mane olur.
Xəbər sayı: 3498886   Nəşr tarixi : 2025/09/18