IQNA

9:24 - September 18, 2025
Xəbər sayı: 3498886

Sionist rejimin Qəzza xəstəxanalarına yanacaq çatdırılmasının qarşısını alması

İQNA - Qəzza Səhiyyə Nazirliyi bildirib ki, sionist rejim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəxanalara yanacaq çatdırmasına mane olur.

Sionist rejimin Qəzza xəstəxanalarına yanacaq çatdırılmasının qarşısını alması

“Anadolu”-nun verdiyi xəbərə görə, Qəzza Səhiyyə Nazirliyi açıqlayıb ki, sionist rejim qəsdən ÜST-ün Qəzza xəstəxanalarına yanacaq çatdırmaq səylərinə əngəl törədir.

Nazirliyin bəyanatında qeyd olunub: “İşğalçı rejim qəsdən Ümumdünya Səhiyyə Təşkilatının Qəzza xəstəxanalarını yanacaqla təmin etmək cəhdlərini dayandırır.

Məlumata əsasən, sionist rejim davamlı olaraq təşkilatın yanacağı Qəzza və şimal bölgələrindəki xəstəxanalara çatdırmaq üçün alternativ marşrutlardan istifadə etməsinin qarşısını alır.

Bu yanacaq xəstəxanaların generatorlarını işlək saxlamaq üçün istifadə olunur və onun çatdırılmasının dayandırılması xəstəxanalarda tibbi xidmətlərin tamamilə dayanması deməkdir.

4305570

captcha