Mükəmməl elçilik qaydası
İctimai qrup: Qadın və kişi bir-biri üçün yaradılmışdır. Nikah bağlamaq və müştərək ailə həyatı qurmaq insanda təbii, fitri bir istək, insani bir duyğu və ehtiyacdır. Kişi və qadının bir-birinə olan ehtiyacı və birgə yaşamaq istəyi Allah-Taalanın insanlara lütf etdiyi böyük neməti və həmçinin, ilahi nişanələrdəndir.
Xəbər sayı: 2618365 Nəşr tarixi : 2014/12/14
İctimai qrup: Özünüzə layiq bir qadınla nikah bağlayın və bu işi gecikdirməyin.Möminlərin ağası İmam Əli bin Əbitalib (ə) cavanları ailə həyatı qurmağa təşviq edir və buyurur: “Evlənin və özünüzə həyat yoldaşı seçin, çünki Allahın Rəsulu, Həzrət Məhəmməd Mustəfa (s) buyurmuşdur: “Hər kəs mənim ardıcıllarımdan olmaq istəyirsə, mənim sünnətlərimdən biri də ailə həyatı qurmaq və evlənmək dir.
Xəbər sayı: 2617812 Nəşr tarixi : 2014/12/12
İctimai şöbə: Ailə həyatı qurmaq həyatın mühüm və zəruri məsələlərindəndir və bu məsələyə ciddi yanaşmaq lazımdır. Bu məsələdə cavanlara kömək olunmalıdır ki, özlərinə layiq, müvafiq və uyğun bir həyat yoldaşı taparaq, cansıxıcı təklikdən özlərini xilas edə bilsinlər. Valideynlər gərək cavanları evləndirməyi yersiz gecikdirməsinlər və onları bu işdə çətinə salmasınlar.
Xəbər sayı: 2616665 Nəşr tarixi : 2014/12/08