İQNA Quran Xəbər Agentliyinin İranın İslami ələqələr və mədəniyyət təşkilatına istinadən verdiyi məlumata görə, təqdimat mərasimində fars dili və ədəbiyyatı ilə maraqlanan şəxslər iştirak edib. Tədbirdə Sankt-Peterburq nəşriyyat evinin rəisi Olqa Tramifova Mövlana Ruminin şəxsiyyəti haqqında və Məsnəvinin III və IV hissələrinin tərcümsinin özəlikləri haqda çıxış edib.
Məsnəvinin III və IV hissəsini professor Yasteryeva və Natalya Priqarina rus dilinə tərcümə edib və Xesmtulin, Yanits Uşuts və Leyla Lahuti redaktə olunub.
Qeyd edək ki, İndiyədək Məsnəvinin I, II , III və IV hissələri İranın Rusiyadakı Mədəniyyət MƏrkəzinin köməyi ilə tərcümə və Sankt-Peterburq nəşriyyat evində çap olunub. Hazırda bu kitabın V və VI hissələri də tərcümə olunur.
648468