IQNA

Fransada müsəlmanlara qarşı irqçi hərəkətlərin artması

9:08 - September 21, 2025
Xəbər sayı: 3498897
İQNA - Aparılan bir araşdırmaya görə, Fransada hər 3 müsəlmandan 2-si irqçiliyin qurbanıdır.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Paris Böyük Məscidinin dəstəyi ilə Ifop İnstitutu tərəfindən aparılan tədqiqat Fransada yaşayan müsəlmanlara qarşı müxtəlif ayrı-seçkilik formalarını üzə çıxarıb. Fransız “Jeune Afrique” jurnalının yazdığına görə, bu araşdırmanın nəticələri sarsıdıcı olub və islamofobiyanın artdığını təsdiqləyib.

Jurnal izah edib ki, araşdırmanın sualı sadə idi: “Sizcə, son beş ildə irqçi davranışın qurbanı olmusunuzmu?” Fransadakı müsəlmanların 66 faizi bu suala “bəli” cavabı verib.

Əksinə, digər dinlərin ardıcılları arasında bu faiz 18-i keçməyib.

Nəticələrə əsasən, irqçiliyə məruz qaldığını deyən müsəlmanların yarısı bunu dini mənsubiyyətləri ilə əlaqələndirib. Digərləri isə bunu həqiqi və ya güman edilən milliyyətlərinə (25 faiz) və dəri rənglərinə (22 faiz) bağlayıblar.

Araşdırmada qeyd olunub ki, 16 sentyabr, çərşənbə axşamı “Fransada müsəlmanlara qarşı ayrı-seçkiliyə qarşı müşahidə mərkəzi”nin dərc etdiyi mövcud statistika bu fenomenin daim genişləndiyini təsdiqləyir.

“Jeune Afrique” bildirib ki, tədqiqatçılar 2023-cü ildə Fransada yaşayan, milliyyətindən asılı olmayaraq, 1005 müsəlmanla aparılmış telefon sorğusuna və paralel olaraq təxminən 1000 müsəlman üzərində onlayn sorğuya əsaslanıblar.

Jurnal vurğulayıb ki, bu araşdırma uzun müddətdir irqçilik əleyhinə assosiasiyaların şikayət etdiyi boşluğu doldurur. Çünki Daxili İşlər Nazirliyinin rəsmi statistikası yalnız müsəlmanlara qarşı hücumlarla bağlı qeydiyyata alınan şikayətləri nəzərə alır.

Bununla belə, jurnal əlavə edib ki, məsələ ilə bağlı “ironik” məqam ondadır ki, respondentlərin yalnız 66 faizi ayrı-seçkiliklə üzləşsələr, şikayət edəcəklərini təsdiqləyiblər. Bu faiz, əvvəllər dini əsaslı ayrı-seçkiliklə üzləşənlər arasında isə 58-ə düşür.

Fransa rəsmiləri ötən ilin iyul ayında elan ediblər ki, 2025-ci ilin ortalarınadək qeydiyyata alınan müsəlman əleyhinə hadisələr əvvəlki illə müqayisədə 75 faiz artıb və fərdlərə hücumlar üç dəfə çoxalıb.

AFP-nin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin ilk beş ayında 145 islam əleyhinə hərəkət qeydə alınıb. Halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 83 olub.

Eyni mənbəyə görə, bu il insanlara qarşı hücumların sayı 209 faiz artaraq 99-a çatıb. Halbuki ötən ilin eyni müddətində bu rəqəm 32 hücum idi.

4305786

Teqlər: fransa ، İslam ، müsəlmanlar ، irqçilik
captcha