IQNA

Müsəlman tələbələrin Quran yarışlarının yekun mərasimi keçirildi

23:40 - January 05, 2015
Xəbər sayı: 2674430
Quran üzrə fəaliyyətlər qrupu: Tehranın “Milad” qülləsində keçirilən “müsəlman tələbələrin Quran yarışları”nın 5-ci turu bu gün başa çatıb və yekun mərasimi bu gecə İran İslam Ali Şurasının sədri Dr. Əli Laricaninin iştiralı ilə keçirilib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu gecə, 5 yanvar 2015-ci il, “müsəlman tələbələrin Quran yarışları”nın 5-ci turunun yekun mərasimində iştirak edən Dr. Əli Laricani - İran İslam Ali Şurasının sədri, öz çıxışında “İran Universitetləri Cihadı Təşkilatı”nın elmi-mədəni işlərini, o cümlədən Quran yarışlarının keçirilməsində göstərdikləri səyləri çox ali dərəcədə və yüksək qiymətləndirdi.



O çıxışı zamanı dedi: “Elm ardınca olanların Qurana müraciət etməsi onların elmi həyatına elə bir gözəl nizam veriri ki, bu cür elmi gözəllik başqa bir yol ilə əldə edilə bilməz.



O, Quran əhlinin məqamına işarə edərək dedi: Quranın mənalarını sinəsində və əməlində daşıyan insanlar daha şərəfli insanlardır. Onlar qüdrət və sərvət daşıyıcılarından daha şərəfli və dəyərlidirlər.



İslam Ali Şurasının sədri dedi: Quran “bürhan”dır. Çünki ağıllığın və məntiqi düşüncə və davranışın əsasıdır. Onu dərk edənlərin ağıl və düşüncəsini işıqlandırdığı və onları zülmətdən işığa çıxardığı üçün nurdur. Quran fərdləri və bunun da nəticəsində ictimaiyyəti zülmətdən nurua çıxarır.  



O əlavə etdi: İran, Suriya, İraq, Misr, Malaziya, İndoneziya və s.. İslam ölkələrində son illərdəki inkişaf, dəyişiklik, qiyam və inqilablarından da əsası İslama və Qurana qayıdışdır. İslami təfəkkür və mütəfəkkirlər İslam dünyasının əsas sərmayələridirlər.



O sonda vurğuladı: Peyğəmbərdən (s) rəvayət olunan hədislərə görə hər kəs Qurandan başqa bir yerdə elm axtarsa, həlak olacaqdır. Yəni bizim fərdi və ictimai həyat tərzimiz Quran əsasında olmalıdır. Elmi də Qurani meyarlara əsasən öyrənməliyik. Müqəddəs və ilahi hədəflər üçün. İctimai və fərdi baxışlarımızı ümmətin qardaşlıq və vəhdəti üçün olmalıdır.



2671966     

Teqlər: quran ، yarış ، 5 ، ci ، tur ، beynəlxalq ، iran ، İslam
captcha