İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "dutch news" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Hollandiyada müsəlmanlara qarşı "islamofob" halların xəbər verilməsi üçün xüsusi bir telefon xətti mövcuddur ki, keçən il belə halların gözəçarpacaq dərəcədə çoxaldığını xəbər verib.
"Mild İslamofobiya" adlanan bu telefon xətti keçən il müsəlmanlar əleyhinə 158 fiziki və sözlə zorakılıq aktını qeydə almışdır.
Müsəlmanlar əleyhinə baş verən zorakılıqlarla bağlı məlumatların çoxu keçən il Yanvar ayında və Fransanın paytaxtı Parisdə Şarli Ebdi jurnalının dəftərxanasına hücumdan sonra qeydə alınmışdır.
Bu hücumların ikinci dalğası keçən ilin Noyabr ayında Parisə ikinci dəfə terror hücumunun edilməsindən sonra başladı.
Müsəlmanlara qarşı zorakılıq və islamofob hallarının çoxalması barədə məlumat bir halda yayılır ki, müsəlmanların çoxu bu cür halları və başlarına gələn acı hadisələri mediadan və ictimaiyyətdən gizlədir, səbəbi isə polislərə güvənməmələridir. Yəni Avropada müsəlmanlar üçün durum və vəziyyət görsəndiyindən də acınacaqlıdır.
Verilən məlumatların üçdən ikisi hicablı qadınların daha çox bu məsələdə qurbanlıq olduqlarını göstərir. Qadınlara edilən hər 10 hücumdan üçü fiziki olmuşdur. Bu hücumları əsasən ağdərili avropalı kişilər həyata keçirirlər.
http://iqna.ir/fa/news/3489479