İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanların müqəddəs kitabı Qurani-Kərim tarixdə ilk dəfə olaraq Şərqi- Afrika dillərindən olan Burundi dilinə tərcümə edildi. Bu tərcümə Burundinin “milli həmkarlıq, həmrəylik və qarşılıqlı yardım fondu” tərəfindən 8 il ərzində başa çatmışdır.
Bu dil Burundi respublikasının bütün sərhədlərində rəsmi danışıq dili sayılır. Həmçinin Tanzaniyanın bəzi rayonları, Konqo demokratik respublikasının bəzi regionları və Uqandada bəzi tayfalar bu dildə danışır.
Şeyx Sadiq Kucəndi (Burundi İslam Cəmiyyətinin rəisi) bu barədə dedi: Qurani- Kərimin “Burundi” dilinə tərcümə edilməsi bizim üçün çox böyük bir hadisədir. Çünki ölkəmizin tarixində ilk dəfədir ki, Quran öz ana dilimizə tərcümə edilir.
Qeyd edək ki, Burundinin 11 milyonluq ümumi cəmiyyətinn 10%-ni müsəlmanlar təşkil edir. Müsəlmanlar əsasən Gitga, Rumungu və Bucumbura (Rumundinin paytaxtı) şəhərləriində yaşayırlar.
İslam dini ilk dəfə bu ölkəyə 19-cu əsirdə çatmışdır.