IQNA

Ərəbistanın Cizan əyalətinə 8 raket atıldı

23:27 - April 28, 2018
Xəbər sayı: 3483092
Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanın Cizan əyalətini 8 ballistik raketlə vurdu.

Ərəbistanın Cizan əyalətinə 8 raket atıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanın Cizan əyalətini 8 ballistik raketlə vurub.

Ən-Nəşrə xəbər agentliyinin informasiya portalı Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri tərəfindən Ərəbistanın Cizan əyalətinə atılan səkkiz ballistik raketin "Bədr-1" növündən olduğunu xəbər verib.

Ənsarullah döyüşçüləri bu raketlərlə Cizan regionunun iqtisadi strukturlarını hədəfə alıblar.

Əl-Ərəbiyyə peyk tv kanalının informasiya portalının yaydığı xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri bu raketlərindən dördünü hədəfə çatmamış sıradan çıxardıblar, amma digər dörd raketin taleyi məlum deyil.

http://iqna.ir/fa/news/3709835

 

Teqlər: iqna ، yəmən ، Ənsarullah ، cizan ، ərəbistan
captcha