"əl-Məyadin" informasiya portalının verdiyi xəbərə görə, İraqın Həşduş-Şəəbi xalq könüllüləri silahlı qüvvələri bu gün, 6 May 2020-ci il, İŞİD terrorçularının Samerra şəhərinə soxulması cəhdini nakam qoyub.
Bundan əlavə İraqın Həşduş-Şəəbi xalq könüllüləri silahlı qüvvələri Samerranın şimalında "Cüveycə Ummu Cüreyş" və "Hilalus-Salim" ərazilərində İŞİD terrorçularının 7 mövqeyni raket atəşinə tutub.
Bu hücumda İŞİD terrorçuları ağır itki verib və sığınacaqları məhv edilib.