İraqın Samirra şəhərində yerləşən Əsgəreyn İmamlarının (ə) zərihi-şərifinin yuyulması mərasimi keçirilib.
Deyerler.org Askarian saytına istinadən xəbər verir ki, 10 saat ərzində müqəddəs ziyarətgahın 9 xidmətçisi tərəfindən İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) mübarək məzarlarının olduğun otağın yuyulması və zərihi-şərifin pəncərələrindəki qızılı və gümüş hissələrin yuyulub parıdldadılması işləri həyata keçirilib.
Yuyulma işləri çərçivəsində hərəmin qızılı zərihi və mərmər döşəmə və divarlar yuyularaq təmizlənib.