IQNA

İşğalçı İsrail rejimi yenidən Qəzzanı bombalayıb, 3 yaşlı uşaq yaralanıb

23:08 - August 15, 2020
Xəbər sayı: 3487887
İşğalçı rejim ordusu öz məlumatında iddia edib ki, hava hücumu Qəzzadan işğal olunmuş əraziyə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.
Sionist rejim  ordusunun qırıcı təyyarəli yenidən Qəzza zolağınını bombalayıb. 
 
Maide.Az  "TASS"a istinadən xəbər verir ki, işğalçı rejim  ordusu öz məlumatında iddia edib ki,  hava hücumu Qəzzadan işğal olunmuş əraziyə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.
 
Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi-dəniz qüvvələrinin kompleksi, yeraltı strukturu və müşahidə postlarına endirilib.
 
Şahidlər Qəzzanın şimal və mərkəzi bölgələrindəki bəzi bölgələrin bombalandığını qeyd ediblər. 
 
Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, 3 yaşlı bir qızın İsrailin hücumunda yaralandığı və Aksa Şəhidlər Xəstəxanasında müalicə olunduğu bildirildi.
 
Təl-Əviv rəhbərliyi, Fələstinli fəalların Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrinə helium qazı ilə şişmiş uçurumlar və şarları göndərdikləri üçün bölgədə yanğın baş verdiyini iddia edir.
 
Qəzzadan gəldiyi  iddia edilən şarlara qarşı mübarizə yolu tapa bilməyən işğalçı İsrail ordusu, bu uçurtmaların və şarların hazırlandığını iddia etdiyi sərhəd bölgələrinə tez-tez hava hücumları təşkil edir.
 
Xatırladaq ki, son bir neçə gün ərzində işğalçı İsrail rejimi müxtəlif bəhanələrlə Qəzza zolağında dinc sakinlərin məskunlaşdığı əraziləri və məktəbləri bombalayıb.   
 
captcha