IQNA

Məscidə hücum etmək istəyən sinqapurlu cavan həbs edildi

23:03 - January 28, 2021
Xəbər sayı: 3489156
Tehran (IQNA) -  Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidə edilən terror hücumundan ilhamlanaraq Sinqapurun iki məscidində namazqılanlara hücum etmək istəyən cavan həsb edilib.

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidə edilən terror hücumundan ilhamlanaraq Sinqapurun iki məscidində namazqılanlara hücum etmək istəyən cavan həsb edilib.

Sinqapurun təhlükəsizlik xidmətinindən verilən məlumata görə, Hindistan əsilli bu xristan yeniyetmə onlayn satış saytlarının birindən özünə intihar jileti alıb və soyuq silah aldığı zaman yaxalanıb.

Bu 16 yaşlı yeniyetmə öz əməliyyatı barədə video hazırlayıb və həmin videoda 2019-cu ilin Mart ayının 15-də Yeni Zelandiyada məscidə hücum edərək 51 müsəlmanı qətlə yetirən cinayətkarın sözlərinə oxşar ifadələr işlədib.

Sinqapurun daxili təhlükəsizlik qanunları əsasında həbs edilmiş yeniyetməyə ölkənin təhlükəsizliyi üçün təhdid sayıldığına görə iki il həbs cəzası verilə və ya planlaşdırdığı cinayəti həyata keçirmədiyi üçün sərbəst buraxıla bilər.  

Bundan əlavə o, psixoloji baxımdan müayinə və müalicə ediləcək. Barəsində həbs qərarı çıxarılarsa, həbsdə ikən təhsilini davam etdirə biləcək. /3950413

captcha