IQNA

Qüdsün Yəhudi təşkilatının rəisi:

"Sionist rejimini məhv edincəyədək mübarizə edəcəyik"

11:55 - March 17, 2021
Xəbər sayı: 3489471
Əqsa məscidi müqəddə bir məkandır və təkcə müsəlmanlara aiddir. Tövrata əsasən yəhudilərin Əqsa məscidinə girməsi qadağandır. Bu qanunu sındıraraq Əqsa məscidinə girən yəhudini şiddətli cəza gözləyir.

Tehran (IQNA) -  Fələstinin Ortodoks Yəhudi təşkilatlarından olan "Neturey Karto Təşkilatı"nın rəisi vurğulayıb ki, sionist rejiminə müxalif yəhudilər öz fələstinli qardaşları ilə birgə Fələstini çaydan dənizə qədər azad və Qüds Fələstinin paytaxtı edincəyədək bu rejimlə mübarizə aparacaqlar və fələstinli qaçqınları öz vətənlərinə qaytaracaqlar.

"Neturey Karto Təşkilatı"nın rəisi Yesrail Moşe Hirs (Moshe Hillel Hirsch) "əl-Cəzirə" peyk televiziya kanalı ilə müsahibəsində deyib: Bu təşkilatın üzvləri sionist rejiminin ortadan götürülməsi və fələstinlilərin bütün hüquqlarının bu torpaqların əsil sakinləri kimi onlara qaytarılanadək dua edəcəklər.

O əlavə edib: Hazırda on minlərlə yəhudi sionist rejiminə müxalifdirlər. Və on minlərlə yəhudi bu təşkilatın (Neturey Karto) üzvüdürlər. Təşkilata üzv yəhudilərin beş min nəfəri Qüdsün mərkəzində yaşayırlar. Onlar həmişə bu sionist rejimin təzyiqləri və təqiblərinə məruz qalırlar, döyülürlər, həbs edilirlər və əmlakları müsadirə edilir. Sionist polisləri ortodoks yəhudilərlə eyni ilə fələstinlilərlə davrandığı kimi davranır.   

Qeyd edək ki, "Neturey Karto Təşkilatı" Fələstində yaşayan Ortodoks Yəhudi camaatıdır. Təşkilatın üzvləri əsasən 1930-ci illərdə Litvaniya və Macarıstandan Fələstinə mühacirət edən yəhudilərdən ibarətdir. Dini və QHT təşkilat hesab edilir. Bu təşkilatın üzvləri sionizmi və siyasətlərini batil hesab edirlər, İsrail adlı bir dövlətin yaranmasına müxalifdirlər və Fələstinin işğalını qeyri-qanunu sayırlar. Təşkilatın adı (Neturey Karto) Təlmuddan götürülüb və "şəhərin mühafizəçiləri" deməkdir.

Yesrail Moşe Hirs vurğulayıb: Biz, sionist rejiminə müxalif yəhudilər, ümid edirik ki, bu rejim məhv olacaq. Və çaydan dənizə qədər Fələstin hakimiyyətinin qaytarılması üçün çalışırıq.

O əlavə edib: Biz sionizmə qarşıyıq. Çünki bu təşkilat "yəhudilik"dən öz yalançı maraqlarını pərdələmək üçün istifadə edir. Biz sionizmi "yəhud qövmi"nin ən böyük düşməni hesab edirik. Sionist rejimi öz növündə bütün dünya üçün ən böyük təhlükədir.

Yesrail Moşe Hirs deyib: Biz gündəlik işlərimizdə sionist rejiminin idarələrinə müraciət etmirik. Onları rəsmi olaraq tanımırıq. Yalançı seçkilərdə iştirak etmirik. Bizim çoxumuzun xarici vətəndaşlığımız var.

O vurğulayıb: İşğal edilmiş Fələstin torpaqlarında artmaqda olan böhran bu mənfur və irqçilik xəstəliyinə tutulmuş sionist rejiminin dağılmasına gətirib çıxardacaq.

Moşe bildirib: Biz Fələstinli qardaşlarımızla daima sülh, qarşılıqlı ehtiram və qardaşlıq əlaqəsi ilə yaşayırıq. Bizim ailələrimiz yüz ildir ki, bu diyarın əhalisi ilə sülh və barış içində və dostcasına yaşayırlar.

O vurğulayıb: Həzrət Məsih (ə) qayıtdıqdan sonra bizim fələstinlilər ilə müştərək həyatımız ən yüksək səviyyədə və ali olacaq. Yəhudi dualrında yazımışdır ki, hamı sakit və aram bir mühitdə Allaha ibadət edəcəklər. Və biz hər gün bu duaları üç dəfə oxuyuruq.

Yesrail Moşe Hirs deyib: Biz dəfələrlər dünyanın tanınmış şəxsiyyətləri ilə görüşdə demişik ki, yəhudi tayfası tövratın qanunlarına vəfadardır. Sionistlərin fələstinlilərə qarşı törətdiyi cinayətlərə müxalifdir. Sionistlər yalan danışır və yəhudilik pərdəsi altında cinayətlərini gizlətmək istəyirlər.

O, "Əqsa məscidi"ndən söz açaraq deyib: Əqsa məscidi müqəddə bir məkandır və təkcə müsəlmanlara aiddir. Tövrata əsasən yəhudilərin Əqsa məscidinə girməsi qadağandır. Bu qanunu sındıraraq Əqsa məscidinə girən yəhudini şiddətli cəza gözləyir. /iqna

Teqlər: tövrat ، yəhudi ، sionist ، Moşe Hirs ، Yesrail
captcha