IQNA

Qazaxıstan peyk texnologiyası ilə Quran proqramı yayımlayacaq

21:09 - July 04, 2021
Xəbər sayı: 3490211
Bu proqramın üstünlüyü budur ki, intetnetdən daha sürətli və tez bir zamanda bütün dünyaya yayılacaq və İslam dininin müqəddəs mətnləri ilə tanış olmaq istəyən hər kəs üçün əlçatımlı olacaq.

Qazaxıstanın peyk texnologiyaları layihələrinin icraçı şirkətlərindən biri olan "Divine" sosial layihəsinin rəhbəri müxtəlif dillərdə bütün dünya xalqlarına Quran və İslam Maarifini öyrətmək və yaymaq üçün peyk texnologiyası əsasında hazırlanmış yeni bir proqramın başlayacağını xəbər verib.

Dünyanın müxtəlif dillərində və ölkələrin rəsmi İslami Təlimlər Mərkəzlərinin nəzarəti ilə fəaliyyət göstərəcək yeni proqramda Quranın tilavəti, təcvidi və təfsiri və həmçinin Peyğəmbərin (s) hədisləri yayımlanacaq.

Bu proqramın üstünlüyü budur ki, intetnetdən daha sürətli və tez bir zamanda bütün dünyaya yayılacaq və İslam dininin müqəddəs mətnləri ilə tanış olmaq istəyən hər kəs üçün əlçatımlı olacaq.

Proqramın Quran səsi faylları YAM2 peykinin üzərinə yüklənib və hazırda Spacex Falcon9 raketi ilə fəzaya göndərilir. Bu peyk aparatı 2021-ci ilin Noyabr ayınadək yerin orbitində yerləşəcək.

Qeyd edək ki, "Divine Live" peyk proqramını Apell və Google proqram bazarından mobil telefonların üzərinə yükləmək olur. / iqna

 

 

captcha