"İQNA", "Misir Əhli" xəbər saytına istinadən xəbər verir ki, Port Səid Universitetinin Tibb Fakültəsinin ortopediya şöbəsinə rəhbərlik edən və xəttatlığı sevən Məhəmməd əl-Cəritli deyir: "Üç il ərzində Quranı xəttatlıqla yaza bildim. Üzərimdə olan bütün məsuliyyətlərlə bu iş mənə çətin və şirin idi."
O, əlavə edib ki, Quranın xəttatlığı mənim çiynimdə böyük bir məsuliyyət idi. Çünki hərflərin yazılması, işarələnməsi böyük diqqət tələb edirdi.