IQNA

Bağdadda Müqəddəs Hüseyni Astanının Quran Evinin açılışı olub

17:25 - February 23, 2022
Xəbər sayı: 3491792
Həzrət Əmir əl-Mömininin (ə) mövludu ilə eyni zamanda Müqəddəs Hüseyni Astanı şənbə günü, fevralın 19-da Bağdadda Quran Evinin yeni şöbəsini açıb.

"İQNA", İraqdan xəbər verir ki, Müqəddəs Hüseyni Astanının Quran Evinin Rəhbərinin müavini Dr. Seyyid Mürtəza Camaluddin deyib: "Quran Evi Quran mədəniyyətini bütün İraq əyalətlərində yaymaq istəyir. Buna görə də, Bağdad şəhərində də filialını açıb. Bu açılış mərasimində Quran müəllimləri, hafizləri və Quran birliklərinin rəsmiləri və Elmi Hövzələrin tələbələri iştirak ediblər.

Açılış mərasimində iraqlı qari Abdullah Zuheyr Əl-Hüseyni Quran tilavət edib. Sonra Bağdaddakı Quran Evinin şöbəsinin rəhbəri Şeyx Mustafa Əl-Amiri və Astan Hüseyninin Quran Evinin bölməsinin rəhbəri Şeyx Xeyrəddin əl-Hadi çıxış ediblər.

4037793

captcha