IQNA

İmamı niyə bəşər deyil, Allah seçməlidir?

12:49 - March 14, 2022
Xəbər sayı: 3491915
Şiə imamları Peyğəmbərin (s) ailəsindən olan on iki nəfərdir. Onlar mötəbər rəvayətlərə görə, Peyğəmbərin canişinləri və ondan sonra İslam cəmiyyətinin imamı kimi tanınırlar.

Şiələr bu imamların Allah tərəfindən seçildiyinə inanırlar. Nədən belədir?
İnsan sosial həyatında sağ qalmaq üçün qanuna ehtiyac duyur. Bundan əlavə, bu qanunların icrasını təmin etmək üçün hökumətin formalaşdırılmasına rasional ehtiyac var. Digər tərəfdən, Allahın sonsuz elmə və mütləq ehtiyacsızlığa sahibdir. Buna görə də insan həyatı üçün qanun çıxarmaq səlahiyyəti yalnız Ona məxsusdur. Ona görə də insana səmavi kitablar şəklində həyat qanunlarını verir.
Amma o, xalqa birbaşa hakimlik etmədiyi üçün bəzi şəxsləri vəliyy və  hakim təyin edir və insanlara tanıtdırır. Bu seçimi və təyinatı da Allahdan başqası edə bilməz. Çünki fərdlərin cəmiyyətə rəhbərlik etmək səlahiyyətləri ilə bağlı yalnız Onun elmi vardır. Yalnız o bilir ki, kim ilahi iradəyə uyğun olaraq xalqa və hökumətə mesajlarını çatdırmaq üçün lazımi elmi və əxlaqi bacarığa sahibdir. "Allah Öz peyğəmbərliyini və rəhbərliyini hara qoyduğunu dha yaxşı bilir." (Ənam surəsi, ayə 124)
İmamlar Allaha o qədər itaətkardırlar ki, ilahi risaləti çatdırmaq və insan həyatını bu qanunlar əsasında idarə etməkdə zərrə qədər səhv etmirlər. Buna görə də Allah vurğulayır ki, Onun seçilmişləri ilahi xəbərləri çatdırmaq yolunda zərrə qədər itaətsizlik edə bilməzlər, əks halda onun ürəyinin şah damarını qopararıq. "Əgər o bəzi sözləri Bizə nahaqdan isnad etsəydi, şübhəsiz onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik. Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq." (Hud surəsi ayə 44-46)
Xatırladaq ki, Şiə imamları Peyğəmbərin (s) ailəsindən olan on iki nəfərdir. Onlar mötəbər rəvayətlərə görə, Peyğəmbərin canişinləri və ondan sonra İslam cəmiyyətinin imamı kimi tanınırlar.Birinci İmam Həzrət Əli (ə), digər İmamlar isə onun və Həzrət Zəhranın (s) övladları və nəvələridir.

İslam tədqiqatçısı Məhəmməd Abidi

4034921

captcha