"İQNA", "Əl-Qüdsul-Ərəbi"-yə istinadən xəbər verir ki, Qəzzəlı gənc qadın Fəda Ubeyd Qəzza zolağında kufi əlifbası ilə Quranın ilk əlyazma nüsxəsini yazır. Bu xəttat və Quran hafizinin sözlərinə görə, bu nüsxənin yazılması 2023-cü ilin sonunda başa çatacaq.
28 yaşlı bu sənətkar Qurani-Kərimin bu nüsxəsini yazmadan əvvəl üç il kufi xəttatlığını öyrənib və məşq edib.
Qurani-Kərimin kufi qrafikası ilə ilk əlyazma variantı Qəzza zolağında kufi qrafikası ilə elektron versiyadan yazılır.
Ubeydin sözlərinə görə, Fələstində belə bir nüsxə olmadığı üçün o, bu elektron nüsxəni 2019-cu ildə nəşr olunan Bağdaddakı bir kitabxanadan əldə edib.
Bu fələstinli xəttat bildirib ki, yazmaq üçün əvvəlcə hərflərin uzunluğunu və qalınlığını təxmin edir. Sonra diqqətlə yazır və sözləri yazıb bitirdikdən sonra hərflərin aydın şəkildə fərqlənməsi üçün onların arasındakı boşluğu müxtəlif rənglərlə doldurur.
Ubeyd kufi xətti ilə sözləri yazmaq üçün xətkeşdən və müxtəlif qalınlıqdakı qələmlərdən istifadə edir.
Kufi xətti hicri birinci əsrlərdə Kufə şəhərində icad edilən ən qədim İslam yazılarından biridir və Qurani-Kərimin yazısılmasında xüsusilə istifadə edilmişdir. Bu xətt İslam memarlığında, xüsusilə Quran kitabələrində çox mühüm yer tutmuşdur.
Quranın hafizi olan Fəda Ubeyd daha əvvəl 2014-2019-cu illərdə Qurani-Kərimi osmanlı qrafikası ilə yazmışdı. O, Quranın yazılmasını möhtəşəm bir təcrübə kimi təsvir etmişdir.
4112103