Daxili işlər naziri Məhəmməd Toumba dövlət televiziyası ilə Kokorou bölgəsindəki Fonbita kəndindəki məsciddə törədilən terror aktı nəticəsində azı 44 nəfərin öldüyünü açıqlayıb.
Nazir Toumba, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatına bağlı təşkilatlar tərəfindən həyata keçirildiyini qeyd edib.
Digər tərəfdən, hökumət hücumla əlaqədar bu gündən başlayaraq 72 saatlıq milli matəm elan edib.
Sahil bölgəsində yerləşən Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalır.
4273360