“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, ABŞ Qəzza müharibəsi ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə icazə verilməsi də daxil olmaqla, Vaşinqton və Təl-Əvivlə bağlı işlərə cavab olaraq Beynəlxalq Cinayət Məhkəməsinin 4 qadın hakiminə sanksiya tətbiq edib.
Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinin Qəzza müharibəsi ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahuya verdiyi həbs qərarına cavab olaraq, ABŞ bu dörd hakimin ABŞ-a girişini qadağan edəcək və onların ölkədəki aktivlərini donduracaq.
Dörd hakimdən ikisi, Sloveniyadan Biti Holler və Beninli Rein Alabiniqanso, Qəzzada aclıqdan müharibə silahı kimi istifadə etməkdə ittiham edilərək Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə qərar verilməsində iştirak ediblər.
Digər iki hakim daha əvvəl Amerika qüvvələrinin Əfqanıstanda hərbi cinayətlər törətdiyi iddiaları ilə bağlı işdə iştirak etmişdi. Bununla bağlı ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton öz suverenliyini, İsraili və istənilən digər müttəfiqini qorumaq üçün lazımi tədbirlər görəcək.
Həmçinin Beynəlxalq Cinayət Məhkəməsi bu sanksiyaları açıq şəkildə beynəlxalq məhkəmə institutunun müstəqilliyinə xələl gətirmək cəhdi hesab edib.
Human Rights Watch da ölkələri məhkəmənin müstəqilliyini dəstəkləməyə çağırıb və bu sanksiyaların İsrail və Fələstində törədilən cinayətlərə görə məsuliyyətin qarşısının alınmasına yönəldiyini vurğulayıb.
Qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlar və İsrail, Beynəlxalq Cinayət Məhkəməsinin təsisçiləri kimi Roma Əsasnaməsini imzalayan ölkələr deyil, lakin Amerikanın Qərb müttəfiqlərinin əksəriyyəti və dünyanın bir çox başqa ölkələri bu nizamnaməyə imza atıblar.
Bu, ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini sanksiyalarla hədəfə alması ilk dəfə deyil, çünki Tramp administrasiyası əvvəllər məhkəmənin o vaxtkı baş prokurorunu Əfqanıstanla bağlı araşdırmaya görə sanksiya etmişdi.
4286814