IQNA

Novruzu və Əyazinin iştirakı ilə;

Tunis Mükafatı Beynəlxalq Quran Olimpiyadasının açılışı oldu

8:30 - May 05, 2014
Xəbər sayı: 1403180
Beynəlxalq qrup: "Tunis Mükafatı" Beynəlxalq Quran Hifzi və Təcvidi Olimpiyadasının 4-cü turunun açılış mərasimi dünən may ayının 3-də İran İslam Respublikasından yarışlara ezam olunmuş Peyman Əyazi və Mahmud Novruzinin iştirakı ilə Tunisin paytatında keçirildi.

Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) "ixvan online" internet xəbər səhifəsinə istinadən verdiyi xəbərə görə "Tunis Mükafatı" Beynəlxalq Quran Hifzi və Təcvidi Olimpiyadasının 4-cü turunun açılış mərasimi dünən may ayının 3-də Ərəbistan kimi iyirmi ölkədən göndərlimiş yarışçı və davərlərin və İran İslam Respublikasından yarışlara ezam olunmuş Peyman Əyazi və Mahmud Novruzinin iştirakı ilə Tunisin paytaxtında keçirildi.
Bu açılış mərasimində Tunisin rəsmi vəzifəliləri, o cümlədən: Həmdu Səid (Baş Müfti), Münir Ət-Təlili (Dini İşlər Naziri) və İslami Ölkələrin səfirləri iştirak ediblər.
Münir Ət-Təlili (Dini İşlər Naziri) öz çıxışında iştirakçıları salamlıyaraq bu cür yarışların hədəfinin Quran hifzinin və qiraətinin canlanması və genişləndirilməsi olduğunu vurğulayıb.
Salim bin Məhəmməd Şənqiti (Hakimlər komitəsinin rəisi) yarışçıları Qurana əməl etməyə dəvət edərək deyib: "Quranın hifzinə tam yiyələnmək üçün ardıcıl tilavət və çalışmaq lazımdır.
Bu oilmpiyada 5 gün davam edəcək və yarışların haşiyəsində seminarlar da keçiriləcəkdir.
Bu turun Quran yarışları Tunisin Dini İşlər Nazirliyinin təşəbbüsü ilə "Əllamə Əhməd bin Əmmar Əl-Məhdəvi"nin adı ilə işə başladı.

1402711

captcha